ELM VƏ TƏHSİL
Aprelin 6-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlanmışdır VİDEO
Bakı, 10 aprel (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün aprelin 6-da keçirdiyi sınaq imtahanının nəticələrini elan etmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.
Sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49 min 405 abituriyentdən 2 min 620 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 46 min 774 abituriyentdən 10 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini yoxlamaq mümkün olmamışdır.
Növbəti sınaq imtahanı aprelin 13-də keçiriləcəkdir.