REGİONLAR


Aqrar Universitetdə “HUAWEI Azərbaycan” şirkətinin Təhsil Mərkəzi fəaliyyətə başlayıb VİDEO

A+ A

Gəncə, 17 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Aqrar Universitetdə “HUAWEI Azərbaycan” şirkətinin “Gözəl Azərbaycan” layihəsi çərçivəsində Təhsil Mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, İKT sahəsində dünya liderlərindən olan “HUAWEI” şirkətinin icra etdiyi “Gözəl Azərbaycan” yeni və sosial layihədir.

Layihənin məqsədi dünyaya Azərbaycan xalqını daha da yaxından tanıtmaq, eləcə də ölkənin təbii zənginliyini, müxtəlifliyini və gözəlliyini nümayiş etdirməkdir.

Altı ay ərzində icra olunacaq layihə dörd müxtəlif istiqamətdə həyata keçiriləcək: “Gözəl zəkalar”, “Gözəl mədəniyyət”, “Gözəl xalq” və “Gözəl təbiət”.

Layihənin istiqamətlərindən biri olan “Gözəl zəkalar” çərçivəsində Gəncədən sonra Lənkəran və Şəkidə də təhsil mərkəzləri fəaliyyətə başlayacaq.

Təhsil mərkəzləri “HUAWEI” tərəfindən təmin olunan və yalnız tələbələrin istifadəsi üçün nəzərdə tutulan WİFİ, kompüterlər, həmçinin İKT-yə dair kitablarla təmin ediləcək.

Layihənin regionlardakı yerli gənclər üçün yaratdığı imkanlar sayəsində tələbələr internetdə araşdırma aparacaq, kompüterlərdən istifadə edəcək, eləcə də müasir texnologiyalar sahəsində həm maariflənəcək, həm də zəruri biliklərə yiyələnə biləcəklər.

Həmçinin təhsil mərkəzində hər həftənin cümə günləri “HUAWEI”nin təşkilatçılığı ilə müxtəlif tədbirlər, təlimlər və hədiyyəli oyunlar keçiriləcək. Tələbələr mərkəzdə bir-biri ilə ünsiyyət qura və dərslə məşğul ola biləcəklər. Bu təhsil mərkəzləri bir ay ərzində tələbələrin ixtiyarında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.