REGİONLAR
Aqrar Universitetdə çalışan gənc müəllimlərin sayı artır
Gəncə, 6 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində çalışan gənc müəllimlərin sayı artaraq 143-ə çatıb.
AZƏRTAC xəbər verir ki, təhsil müəssisəsində gənc müəllimlərlə keçirilən görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə çalışan 40 yaşadək müəllimlərin elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq, onların sosial problemlərini aradan qaldırmaq, eləcə də elm və tədrisdə yeni metodları tətbiq etmək istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edilib ki, təhsil ocağında ixtisaslaşdırılmış müdafiə şuralarının fəaliyyəti gənclərin elmi-tədqiqat və pedaqoji fəaliyyətlə məşğul olmalarına əlverişli şərait yaradır.
Sonra gənc müəllimlər onları maraqlandıran sualları səsləndirib, bu cür görüşlərin əhəmiyyətindən danışıblar.