REGİONLAR


Aqrar Universitetdə müsabiqə: ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik

Gəncə, 1 iyun, Rauf Hacıyev, AZƏRTAC

Aqrar Universitetdə Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik mövzusunda illik maarifləndirmə proqramı çərçivəsində məktəblilərin ikinci respublika müsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə təhsil müəssisəsinin mühəndislik korpusunda sərgi təşkil olunub.

Müsabiqənin açılışında bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiqlənən kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafı, təşkili üzrə pilot layihələr hazırlanıb. Bu layihələrin həyata keçirilməsi Təhsil Nazirliyinə və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə həvalə edilib. Bu məqsədlə respublikanın bir neçə bölgəsində müvafiq tədbirlərin icrasına başlanılıb.

Müsabiqənin məqsədi Azərbaycanda aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, həmçinin bu sahədə onların bilik və bacarıqlarını genişləndirməkdir.

Meyvəçilik, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, subtropik bitkilər, gülçülük, dənli bitkilər, balaca fermer nominasiyaları üzrə keçirilən müsabiqədə ümumtəhsil və internat məktəblərinin, habelə məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri iştirak ediblər.

Görülən işlər münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra respublika mərhələsinə vəsiqə alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.