REGİONLAR


Aqrar Universitetin ərazisində yeni dendroloji bağ salınır

A+ A

Gəncə, 24 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin ərazisində yeni dendroloji bağ salınır.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü ilə yaradılan dendroloji bağda respublikanın müxtəlif bölgələrindən gətirilən ağac, kol, yarımkol və başqa bitkilər əkiləcək.

Universitetin tələbə yataqxanasının yanında salınan bağa aqronomluq fakültəsindəki alimlərin nəzarəti ilə tələbələr tərəfindən qulluq göstəriləcək.

Artıq dendroloji bağın sahəsi daşlardan təmizlənib, torpağın səthi hamarlanıb və əkiləcək ağacların yerləri qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.