REGİONLAR


Aqrar Universitetin tələbələri taxıl biçini kampaniyasına qoşulublar

Gəncə, 19 iyul, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrin bir qrupu “Paşa Holdinq” MMC-nin Samux rayonunun ərazisində yerləşən taxılçılıq təsərrüfatlarında biçin kampaniyasına qoşulub.

Aqrar Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələrin kampaniyaya qoşulmasında məqsəd taxıl biçini prosesində yaxından iştirak etməklə universitetdə əldə olunmuş praktiki bilik və bacarıqlarını möhkəmləndirmək, həmçinin istehsalatda tətbiq olunan yeni texnika və texnologiyaları mənimsəməkdir.

Tələbələrin təsərrüfatlara yola salınmasında iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, yay tətili dövrü olmasına baxmayaraq, könüllülərdən ibarət qrupların təşkili və respublikanın müxtəlif istiqamətli təsərrüfatlarına göndərilməsi həmin tələbələrin texnoloji proseslərin hər bir mərhələsi ilə yaxından tanışlığı üçün ən vacib tələblərdəndir.

Sonra tələbələr onlar üçün ayrılmış avtobuslarla təsərrüfat sahələrinə yola salınıblar.

Qeyd edək ki, universitetdə təşkil olunan sürücülük hazırlığı kursu üzrə ilkin olaraq120 tələbə iki ay müddətində tədris prosesi keçib, 70 nəfər təhsil müəssisəsi tərəfindən sertifikat alıb. Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən təşkil olunan test imtahanında 58 tələbə müvəffəq qiymət alaraq sürücülük vəsiqəsi qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.