REGİONLAR


Aqrar Universitetin tələbəsi Macarıstanda  “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb

Gəncə, 20 iyul, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi avropalı tələbələr arasında fərqlənib.

AZƏRTAC xəbər verir ki, universitetin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan üçüncü kurs tələbəsi Leyla Aydınova akademik tələbə mobilliyi proqramı çərçivəsində Macarıstanın Dunayvaroş Universitetində “Erasmus+” proqramına qoşulub və təhsilini uğurla başa vurub.

Leyla Aydınova həmin universitetin tələbələri arasında “İqtisadiyyat” üzrə keçirilən bilik yarışında birinci yeri tutaraq “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.