ELM VƏ TƏHSİL
Aqrar sahənin modernləşməsi problemlərinə həsr olunan kitabı çapdan çıxıb
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsinin müdiri, professor İsa Alıyevin və həmin şöbənin aparıcı elmi işçisi İlkin Soltanlının həmmüəllifi olduqları “Aqrar sahənin modernləşməsi və rəqabət qabiliyyətliliyinin təmin olunması problemləri” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda yeni dövrün tələblərinə uyğun aqrar sahənin modernləşməsi istiqamətləri əsaslı tədqiq edilib, onun rəqabətqabiliyyətliliyinin səmərəli təmin olunması yolları göstərilib.
Nəşrin elmi redaktoru professor S.Salahov, rəyçiləri professorlar R.Balayev və A.Rüstəmovdur.
Kitab müvafiq sahə ilə məşğul olan mütəxəssis və tədqiqatçılar, həmçinin ali məktəb müəllimləri, doktorantlar, magistrlər və bütövlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.