REGİONLAR
Aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov məlumat verib.
"Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda aqrar sığortanın təkmilləşdirilməsi istiqamətində işlərə başlayıb. Kənd təsərrüfatı dünyada ən riskli sahələrdən biridir. Bu sahədə olan risklərin yumşaldılması və fermerlərə dəyən zərərin ödənilməsini təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi ilə birgə xüsusi qanun layihəsi hazırlayaraq hökumətə təqdim edib. Artıq həmin sənədə Milli Məclisdə baxılır. Aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq. Qanun qəbul edildikdən sonra, bütövlükdə bu sahənin inkişaf etdirilməsi üçün dövlət tərəfindən həyata keçiriləcək stimullaşdırıcı tədbirlərin siyahısı müəyyənləşdirilərək bu istiqamətdə addımlar atılacaq", - deyə S.Talıbov qeyd edib.