İQTİSADİYYAT


Aqrar siyasət komitəsinin yaz sessiyasındakı fəaliyyəti qənaətbəxş qiymətləndirilib

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Milli Məclisin aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov əvvəlcə yaz və növbədənkənar sessiyalar zamanı görülən işlər barədə məlumat verib. Bildirib ki, qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulan müddətlərdə keçirilib, vətəndaşların qəbulu, ərizə və müraciətlərinə baxılması sahəsində müntəzəm iş aparılıb.

Hesabat dövründə komitənin 7 iclası keçirilib. Bu iclaslarda 14 məsələ, o cümlədən 11 qanun layihəsi müzakirə edilib. Parlamentin yaz və növbədənkənar sessiyasında aqrar siyasət komitəsinə 138 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub. 70 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 68 ərizə isə təkrar daxil olduğu ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb.

Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.

Daha sonra isə "Meliorasiya və irriqasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Dəyişikliyə əsasən sənədin 12-ci maddəsinə "Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur" məzmununda dördüncü hissə əlavə ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.