REGİONLAR
“Aqrolizinq” ASC-nin Tovuz filialı fermerlərdən sifarişlər qəbul edir
Tovuz, 26 avqust,AZƏRTAC
Bir neçə gündən sonra taxıl sahələrinin şumlanmasına start veriləcək. Bəs kənd təsərrüfatı texnikaları buna hazırdırmı?
“Aqrolizinq” ASC-nin Tovuz filialının direktoru Vidadi Əkbərov AZƏRTAC-a bildirib ki, onların öhdəsindəki 6 traktor bütün qoşquları, taxıl səpən aqreqatları ilə şum və səpin işlərinə tam hazırdır. Bu texnikalar hesabına 500-600 hektardan çox payızlıq əkin və səpin işlərini nəzərdə tutulmuş müddətdə başa çatdırmaq mümkündür.
Hazırda fermerlərdən sifarişlər qəbul olunur. Vidadi Əkbərov onu da bildirib ki, onlarda qiymətlər xeyli aşağıdır. Ona görə də fermerlərin qabaqcadan müraciət etmələri hər iki tərəf üçün sərfəlidir. Belə olan halda bütün işləri qrafik üzrə vaxtında və keyfiyyətlə görmək mümkün olacaq.