MƏDƏNİYYƏT


Aqşin Babayevin hekayələr kitabı Almaniyada nəşr olunub

Bakı, 7 dekabr, AZƏRTAC

Yazıçı Aqşin Babayevin “Əyri gözlük” adlı hekayələr kitabı bu günlərdə Almaniyanın “Edition Winterwok” nəşriyyatında işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitaba müəllifin “Göyərçinlər öpüşür”, “Toy”, “Əyri gözlük”, “Saat”, “Doktorant” və başqa əsərləri daxil edilib.

Hekayələri alman dilinə tanınmış tərcüməçi Barbara Şefer çevirib. Kitabın təqdimat mərasimi Avstriya, Almaniya və İsveçrədə keçiriləcək, eyni zamanda Leypsiq kitab sərgi-yarmarkasında nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.