REGİONLAR


Aquilıno Mata Mier: Gəncədə həmvətənlərimizin xatirəsinə yaradılan muzey xalqlarımızın dostluğuna gözəl nümunədir

A+ A

Gəncə, 29 noyabr, Rauf Hacıyev, AZƏRTAC 

Uzun illər arzulamışıq ki, Azərbaycana gəlib, doğmalarımızın məzarını ziyarət edək. İndi Azərbaycan dövlətinin köməyi ilə arzumuza çatmışıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İspaniya Aviatorlar Assosiasiyasının prezidenti Aquilıno Mata Mier bildirib.

1936-1939-cu illərdə Gəncədə hərbi təyyarəçilik məktəbində təhsil alan ispan əsilli pilotların xatirə muzeyinin açılış mərasimində iştirak etmək üçün Gəncəyə gələn Aquilıno Mata Mier deyib: “Biz balaca ikən valideynlərimiz o illərin xatirələrini, Gəncə haqqında təəssüratlarını tez-tez danışardılar. İlk dəfədir Gəncəyə gəlirəm. Qəribə hisslər keçirirəm. Mənə elə gəlir ki, doğmalarımızın ruhu başımızın üzərində dolaşır, bizim qədər sevinirlər. Qədim tarixi olan Gəncə çox möhtəşəmdir. İnsanları da qonaqpərvər və mehribandırlar, başqa xalqların tarixinə, mədəniyyətinə hörmətlə yanaşırlar. Bizim doğmalarımızın xatirəsini əbədiləşdirmək üçün yaradılan muzey bunun ən gözəl nümunəsidir. Deyərdim ki, bu görüş bizim hər birimizə mənəvi rahatlıq, məmnunluq gətirdi. Mənim atam Xaime Mata Romeo Gəncə hərbi təyyarəçilik məktəbində təlim keçən ilk təyyarəçilərdən olub”.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevə, dostluğumuzu qoruyub saxlayan, daha da möhkəmləndirən bu böyük xalqa, bizə isti münasibət göstərən gəncəlilərə dərin minnətdarlığımızı bildiririk”, - deyə İspaniya Aviatorlar Assosiasiyasının prezidenti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.