SİYASƏT


Ər-Riyad: Səsvermə prosesində heç bir qanun pozuntusu baş verməyib

A+ A

Ər-Riyad, 26 sentyabr, AZƏRTAC 

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində keçirilən səsvermə Ər-Riyad vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başa çatıb.

Burada 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 35 saylı seçki məntəqəsi seçicilərə xidmət göstərib. Bu məntəqədə konsulluq qeydiyyatında olan 74 nəfərdən 60-ı, yəni, seçicilərin 81,8 faizi səsvermədə iştirak edib.

Məntəqədən AZƏRTAC-a verilən məlumata görə, səsvermə prosesində heç bir qanun pozuntusu baş verməyib. Səsvermənin azad və şəffaf keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün tələblərə əməl olunub. Azərbaycan Respublikası vətəndaşları siyasi iradələrini azad şəkildə ifadə ediblər. Səsvermə yüksək seçici fəallığı ilə başa çatıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.