DÜNYA


Aralıq dənizində iki gündə 300-dən çox miqrant aşkarlanıb

Bakı, 16 iyun, AZƏRTAC

Dənizdə xilasetmə xidməti iki gün ərzində Aralıq dənizində İspaniya sahillərinə yetişməyə cəhd göstərən 300-dən çox qeyri-leqal miqrant aşkarlayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təkcə cümə axşamı günü Andalusiya (İspaniyanın cənubunda yerləşən muxtar qurum) sahillərində içərisində 190 mühacirin olduğu yeddi qayıq aşkarlanıb. İyunun 16-da günün birinci yarısınadək isə 130 miqrantı daşıyan daha üç gəmi tapılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, bu ilin əvvəlindən bəri Aralıq dənizi vasitəsilə Avropaya 77 mindən çox miqrant və qaçqın gəlib. 1828 nəfər dənizi keçməyə cəhd göstərərkən həlak olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.