DÜNYA


Aralıq dənizində mühacirləri daşıyan qayıqda 25 cəsəd aşkarlanıb

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC 

Aralıq dənizindən qaçaq yolla Avropaya keçməyə çalışan bir qrup mühacirin olduğu rezin qayıqda 25 cəsəd aşkarlanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İtaliyanın Rainews telekanalının yaydığı məlumata görə, Sərhədsiz Həkimlər Təşkilatına məxsus Bourbon Argos gəmisi ilə keçirilən əməliyyat zamanı Liviyadan 26 mil aralıda iki rezin qayıqdakı 246 qaçqın xilas edilib. Qayıqların birində 25 mühacirin cəsədi tapılıb. Cəsədlər qayığın su və benzin tullantısı ilə dolu alt qatından çıxarılıb. Qaçqınların orada boğularaq öldüyü bildirilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının son açıqlamasına görə, ilin əvvəlindən bəri Aralıq dənizi vasitəsi ilə Avropa sahillərinə 327 min 800 qaçqın gəlib. Eyni zamanda, bu təhlükəli yolçuluqda 3 min 740 nəfər həyatını itirib. Beləliklə, müasir dövrün mühacirət tarixində kədər doğuran rekord qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.