DÜNYA


Aralıq dənizində son üç gündə 365 mühacir həyatını itirib

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

2016-cı ilin ötən dövründə dəniz yolu ilə Avropaya keçməyə cəhd edən 4 min 621 mühacirin həyatını itirdiyi barədə məlumat verən Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonard Doyle bunu, əsil fəlakət adlandırıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Leonard Doyle son üç gündə Aralıq dənizində daha 364 mühacirin boğularaq öldüyünü bildirib. Onun sözlərinə görə, bu il əksəriyyəti Yunanıstan və İtaliya olmaqla, Avropaya 343 min 589 mühacir gəlib. İndiyədək Yunanıstana 170 min 679, İtaliyaya isə 167 min 276 qaçqın daxil olub.

Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü ötən ilin eyni dövründə Avropaya gedən mühacirlərin 729 min nəfərə yaxın olduğunu bildirərək, bu il artan ölüm hallarına diqqət çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.