DÜNYA
Aralıq dənizinin Misir sahilləri yaxınlığında böyük qaz yatağı kəşf edilib
Qahirə, 3 sentyabr, AZƏRTAC
Aralıq dənizinin Misir sahilləri yaxınlığında 100 kvadratkilometr sahəni əhatə edən böyük qaz yatağı kəşf edilib. Hesablamalara görə, burada 30 trilyon kubfut həcmində qaz ehtiyatı var. Misir KİV-lərinin yazdığına görə, bu yataq dünyada ən iri təbii qaz mənbələrindən biri ola bilər.
İtaliyanın “ENI” neft və qaz şirkəti tərəfindən Misirin ərazi sularında aşkar edilən “Zöhr” qaz yatağı Aralıq dənizində ən iri yataqlardan biridir. Misir XİN-in bəyanatında deyilir ki, artıq 6 ildən çoxdur ki, Misirdə işləyən İtaliyanın “ENI” şirkəti nəhəng qaz yatağında qazma işlərinə 2016-ci ilin yanvar ayından başlamağı planlaşdırır.
Ekspertlərin fikrincə, yeni qaz yatağı təkcə Misirdəki vəziyyəti deyil, həm də bütün Aralıq dənizi regionunda qüvvələr nisbətini dəyişdirə bilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]