REGİONLAR


Aran iqtisadi rayonunda fəaliyyət göstərən 51 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib

A+ A

Biləsuvar, 6 oktyabr, Mahir Babayev, AZƏRTAC

Oktyabrın 6-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunun Ağalıkənd kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

AZƏRTAC xəbər verir ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi diqqətə çatdırılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-ci ilin 9 ayı ərzində 1815 sahibkara 120,6 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 84 faizi aqrar sektorun, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 66,8 faizi regionların, 33,2 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 51 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, soyuducu anbarın tikintisi, çörək istehsalı və balıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Sonda sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forum çərçivəsində Biləsuvarda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.

Qeyd edək ki, ümumilikdə indiyədək respublika üzrə pambıqçılıqla bağlı 370-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 61,7 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövründə 250-yə yaxın sahibkara 3 milyon manatdan çox güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.