DÜNYA


Araşdırma: quşlar nə üçün öz yumurtalarına mahnı oxuyurlar?

A+ A

Bakı, 20 avqust, Maqsud Dadaşov, AZƏRTAC 

Bəzi quş növləri hələ dünyaya gözünü açmamış yumurtadakı körpələrinə fərqli səslər çıxarmaqla sanki mahnı oxuyurlar. Tədqiqatçılar bu məqamı araşdırmağı qərara alıblar. Məlum olub ki, havanın temperaturu yüksəldikcə ana quş sanki öz balalarını xəbərdarlıq edirmiş kimi onlara fərqli siqnallar göndərir.

AZƏRTAC “phys.org” saytına istinadla xəbər verir ki, Avstraliyanın Dikin Universitetinin tədqiqatçıları Milen Mariette və Ketrin Bukanan xüsusi araşdırmanın nəticəsində bəzi quş növlərinin havanın temperaturu müsbət 26 dərəcəni keçdiyi təqdirdə sanki öz körpələrinə həyəcan siqnalı göndərirmiş kimi müxtəlif səslər çıxardıqlarının şahidi olublar. Öz növbəsində yumurtadakı bala quşlar bu səslərə reaksiya verərək hərəkət etməyə başlayıb. Tədqiqatçılar bu səslərin yumurtadakı quşun inkişafına təsir göstərdiyini, onların bu siqnallarla sanki özlərini güvəndə hiss etdiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.