REGİONLAR


Araz Əliyev: 550 mindən çox elektron ünvan sahibinə maarifləndirici məlumat göndərilib

Qax, 25 may, Mustafa Dadaşov, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2017-ci ilin yanvar-aprel aylarında 550 mindən çox elektron ünvan sahibinə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 3 adda maarifləndirici məlumat göndərilib. Bundan əlavə, Xidmət tərəfindən 18 adda 16 min ədəd buklet və 6 adda 1000 ədəd yaddaş kitabçası nəşr edilərək istehlakçılara paylanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Qaxda keçirilən istehlakçı hüquqlarına dair konfransda jurnalistlərə müsahibəsində məlumat verib.

İstehlakçı hüquqlarının qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayan qurumun rəsmisi diqqətə çatdırıb ki, cari ilin ötən dövründə, ümumilikdə, 5 rayonda maarifləndirmə tədbirləri, həmçinin 6 ali və orta ixtisas təhsil müəssisəsində seminarlar təşkil edilib.

“Bu cür tədbirlərin keçirilməsi artıq öz səmərəli nəticəsini verir. İstehlakçı hüquqları ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərdə, onların hərəkətlərində öz hüquqlarına dair məlumatların artması, genişlənməsi özünü göstərir”,- deyə Araz Əliyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.