Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Araz Əzimov: Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısıdır VİDEO

Vyana, 13 fevral, AZƏRTAC 

Vyanada Avstriya parlamentinin binasında “Avropa təhlükəsizlik siyasəti: Neytral və bloklara qoşulmayan dövlətlər üçün yeni çağırışlar və imkanlar“ mövzusunda konfrans keçirilib. Konfrans Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutu və Avstriya-Azərbaycan parlamentlərarası işçi qrupu tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Avstriyanın Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin təhlükəsizlik siyasəti idarəsinin rəhbəri Qerhard Yandl əsas məruzəçi qismində çıxış ediblər.

Konfransı giriş sözü ilə Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutunun rəhbəri, keçmiş müdafiə naziri Verner Fasslabend açaraq Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini, Avropanın müxtəlif bölgələrində yerləşmələrinə baxmayaraq, hər iki ölkənin ortaq cəhətlərə malik olduğunu bildirib. O, Azərbaycan və Avstriyanın Avropada təhlükəsizliyin təminatında özünəməxsus rol oynadığı vurğulayıb.

Xarici işlər nazirinin müavini Araz Əzimov isə çıxışında Cənubi Qafqaz regionunda təhlükəsizlik çağırışları, davam edən qlobal maliyyə-iqtisadi böhran kontekstində Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətlərində atılan addımlar, aparılan məqsədyönlü islahatlar barədə məlumat verib. O, dünya bazarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanın çevik və düşünülmüş addımları sayəsində iqtisadi sabitliyi təmin edə bildiyini, əlverişli olmayan beynəlxalq iqtisadi şərtlərə rəğmən ümumi daxili məhsulun keçən il 1,5 faiz artmasına nail olduğunu vurğulayıb. Nazir müavini Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışına istinad edərək, Azərbaycanın yeni iqtisadi şəraitdə sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları kimi sahələrin inkişafına xüsusi diqqət ayırdığını, həmçinin müxtəlif regional və transregional layihələrin gerçəkləşdirilməsində fəal rol oynadığını qeyd edib.

Daha sonra Araz Əzimov diqqəti Azərbaycanın hazırda beynəlxalq və regional sabitlik və təhlükəsizliyə töhfə verən etibarlı tərəfdaş olduğuna cəlb edib. Qeyd edib ki, Azərbaycanın region və regiondan kənar ölkələrlə ikitərəfli iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təminatıdır.

Araz Əzimov Azərbaycan və Avstriyanın neytral və heç bir hərbi bloka qoşulmamasını vurğulayaraq, pan-Avropa təhlükəsizlik sistemində neytral və bloklara qoşulmayan ölkələrin yeri və rolu ətrafında fikirlərini bölüşüb, bu qrup ölkələrin üzləşdiyi çağırış və hədələrin aradan qaldırılması istiqamətində atılmalı olan addımları qeyd edib.

Bloklara qoşulmayan ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına siyasi-hüquqi zəmanət verilməsinin zəruri olduğu xüsusilə diqqətə çatdırılıb. ATƏT-in ən əhatəli üzvlüyə malik pan-Avropa təhlükəsizlik təşkilatı kimi müstəqil fəaliyyət qabiliyyətinin inkişaf etdirilməsi, onun böhranların idarə edilməsi və münaqişələrin həlli sahələrində rolunun gücləndirilməsinin vacibliyi bildirilib.

ATƏT məkanında mövcud olan münaqişələrə toxunan nazir müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütünlükdə Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir. O, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in qərarları və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət çərçivəsində mümkün olduğunu vurğulayıb. Bu baxımdan Ermənistanı işğalçı siyasətindən döndərmək, onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməsini təmin etmək üçün bu ölkə üzərində beynəlxalq təzyiqin göstərilməsinin zəruriliyini qeyd edib.

Araz Əzimov münaqişənin həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edib. ATƏT-in Minsk qrupunun tam formatda fəaliyyətinin artırılmasının, bu qurumun bütün üzvlərinin münaqişənin həllində fəal rol oynamasının vacibliyi vurğulanıb.

Daha sonra nazir müavini ölkəmizin xarici və təhlükəsizlik siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Araz Əzimov: Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib