CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində 10 santimetr azalma qeydə alınıb
Bakı, 10 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-190, Kiçik Qafqazın çaylarında 220-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-250 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi saniyədə 62 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edir.
Fevralın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 10, Şirvanda 4, Bankədə 6 santimetr azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 466, Şirvanda 325, Salyanda 311, Bankədə 245, Araz çayının Novruzlu məntəqəsində isə 190 santimetr təşkil edir.