CƏMİYYƏT


Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 15 santimetr azalıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-230, Kiçik Qafqazın çaylarında 140-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 250-390 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 192 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 11 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 124 kubmetr olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 15 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 546, Salyanda 400, Bankədə 283, Novruzlu məntəqəsində isə 260 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.