CƏMİYYƏT


Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-250, Kiçik Qafqazın çaylarında 240-480, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-140 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, noyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 198 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 91 kubmetr olub.

Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 8 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 489, Salyanda 382, Bankədə 259, Novruzlu məntəqəsində isə 204 santimetrdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.