CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 9 santimetr azalıb
Bakı, 5 avqust, AZƏRTAC
Ötən günlər ərzində respublika çaylarında əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 120-14, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-95 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, avqustun 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 113 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 108 kubmetrdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 9 santimetr azalıb.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 370, Salyanda 157, Bankədə 187, Novruzlu məntəqəsində isə 80 santimetrdir.