İDMAN


“Araz” futzal klubu UEFA kubokunun elit-raund mərhələsində ikinci oyununu keçirib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC 

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Xorvatiyada Rusiyanın “Uqra” komandası ilə qarşılaşıb. Oyun 4:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb.

“Araz” son oyunda Almaniyanın “Hamburq” komandası ilə qarşılaşacaq. Oyun noyabrın 26-da Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.