İDMAN


“Araz” klubu UEFA kuboku yarışlarının əsas mərhələsinə böyük hesablı qələbə ilə başlayıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kuboku yarışlarının əsas mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Gürcüstanın “Tbilisi Dövlət Universiteti” komandası ilə qarşılaşıb.

Qarşılaşma “Araz”ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz növbəti oyununu oktyabrın 12-də Bakı vaxtı ilə saat 19:30-da Kosovonun “Feniks” komandasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.