İQTİSADİYYAT
“Arbor Networks” şirkəti DDoS hücumlarından mühafizə sahəsində liderdir
Bakı, 3 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının “Arbor Networks” şirkəti Bakı Exspo Mərkəzində davam edən Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“Bakutel-2014”) sərgisinə innovativ məhsulları ilə gəlib.
Şirkətin Rusiya və MDB ölkələrində satış üzrə direktoru
Mixail Rodionov AZƏRTAC-a müsahibəsində dedi ki, təmsilçisi olduğu qurum şəbəkələrin təhlükəsizliyi sahəsində öz sinfinin ən yaxşı həll variantlarını təklif edir: “Bizim həll variantları şəbəkələrin monitorinqini aparmağa və DDoS hücumlarını və onlardakı anormallıqları səmərəli surətdə aşkar etməyə imkan verir”.
M.Rodionov qeyd etdi ki, avadanlıqlar üzərində hər hansı istehsalçı tərəfindən magistral şəbəkənin qurulmasından asılı olmayaraq, “Arbor Networks ” şirkətinin həll variantları DDoS hücumlarının yatırılması üzrə yüksək imkanlara - məhsuldarlığa və genişliyə malikdir.
Şirkətin sərgidə iştirakının məqsədi isə bu sahədə fəaliyyət göstərən Azərbaycan qurumlarını “Arbor Networks”un iş prinsipi və təklifləri barədə məlumatlandırmaqdır.