İQTİSADİYYAT
“Architekturzeitung.com” Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı haqqında yazıb VİDEO
Berlin, 13 mart, AZƏRTAC
Tanınmış “Architekturzeitung.com” xəbər portalında Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq Hava Limanının istifadəyə verilmiş yeni terminalı haqqında material yerləşdirilib (http://architekturzeitung.com/innovation/innenausbau/2256-heydar-aliyev-international-airport-in-aserbaidschan.html).
Məqalədə hava limanının yeni terminalının daxili dizaynı barədə ətraflı məlumat verilib. Bildirilir ki, terminalın daxili memarlığı bu sahə üzrə ixtisaslaşaraq beynəlxalq miqyasda fəaliyyət göstərən Studio Autoban şirkəti tərəfindən hazırlanıb. Öz funksionallığı və təkrarolunmazlığı ilə seçilən yeni terminal ildə altı milyondan çox sərnişin qəbul edib yola salma gücünə malikdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin