İDMAN
Arda Turan Türkiyə milli komandası ilə bağlı yeni qərarını açıqlayıb
Bakı, 8 avqust, AZƏRTAC
Türkiyə milli komandasında karyerasına son qoyan futbolçu Arda Turan yenidən ay-ulduzlu formanı geyinəcək.
AZƏRTAC xəbər verir ki, “Barselona”da oynayan 30 yaşlı yarımmüdafiəçi yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə görüşdən sonra bu qərarı verib.
Rumıniyalı baş məşqçi dünən İspaniyada baş tutan “Barselona”-“Şapokeonse” görüşündən əvvəl A.Turanla bir araya gələrək onu milliyə dönməyə razı salıb.
Xatırladaq ki, A.Turan iyunun 6-da keçirdiyi mətbuat konfransında yığmada karyerasını başa vurduğunu açıqlamışdı.