DÜNYA


Arda Turan Türkiyə milli komandasındakı karyerasını başa vurub

Bakı, 6 iyun, AZƏRTAC

Türkiyə yığmasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turan milli komandada karyerasını başa vurduğunu açıqlayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, futbolçu bu barədə iyunun 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Arda Turan deyib: “Ölkəmi, bayrağımı, xalqımızı çox sevirəm. Hər dəfə “İstəsəniz, kənara çəkilə bilərəm” deyirdim. Artıq bu zamanın gəldiyini düşünürəm. Bu günədək birgə çalışdığım hər kəsə, o cümlədən komanda yoldaşlarıma, mənə dəstək olan ailəmə təşəkkür edirəm. Həyatım boyunca nə etmişəmsə, əvəzini ödəməyə hazıram və yenə ödəyəcəyəm. Həm komandaya, həm də federasiyaya daha böyük zərər gəlməməsi üçün milli komandada karyeramı şərəflə yekunlaşdırıram”.

O, jurnalistə hücum etməsindən peşman olmadığını və özünü rahat hiss etdiyini bildirib. Futbolçu hər zaman belə hallara qarşı eyni reaksiya verəcəyini vurğulayıb.

Qeyd edək ki, Arda Turan Makedoniya ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Sloveniyaya uçmağa hazırlaşan təyyarədə jurnalist Bilal Meşeni təhqir edib, onu vurmağa çalışıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.