İDMAN


Arda Turanın meneceri futbolçunun “Barselona”da qalacağını bildirib

Bakı, 5 iyun, AZƏRTAC

Türkiyə millisinin və “Barselona” klubunun yarımmüdafiəçisi Arda Turanın meneceri Əhmət Bulud son günlər futbolçunun kataloniyalıların heyətindən ayrılacağı ilə bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib.

Arda Turanın “Barselona” klubu ilə 2020-ci il iyunun 30-dək müqaviləsinin olduğunu vurğulayan Əhməd Bulud deyib: “Arda Turan heç bir kluba getməyəcək. “Barselona” klubunun rəhbərliyi də ondan məmnundur. Bizim heç bir komanda ilə görüşümüz olmayıb. Bu xəbərlər Ardanı və “Barselona” rəhbərliyini narahat edir. Arda Turan 2020-ci ilədək “Barselona”dır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.