DÜNYA


Ərdoğanın görünməmiş populyarlığı Almaniya KİV-lərini qıcıqlandırır

A+ A

Berlin, 8 avqust, AZƏRTAC

Bazar günü İstanbulda yüz minlərlə insanın iştirakı ilə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək nümayişi keçirilib. Tədbir iştirakçıları demokratiyanın qiyamçılar üzərində qələbəsini bayram edib, dövlət çevrilişi cəhdinin qurbanlarını anıblar. Kürdpərəst Xalq Demokratiya Partiyasının nümayəndələri təbii ki, bu nümayişdə iştirak etməyiblər. Xalq Demokratiya Partiyası Türkiyə parlamentində təmsil olunsa da, təkzibolunmaz faktlar fəaliyyəti qadağan edilmiş Kürdüstan İşçi Partiyası ilə onun bağlı olmasını təsdiq edir.

Prezident Ərdoğan nümayiş iştirakçıları qarşısında çıxışında Almaniyanı haqlı olaraq tənqid edib ki, Köln yerli məhkəməsi onun Kölndəki mitinqdə çıxışının birbaşa efirdə translyasiya olunmasını qadağan edib. Türkiyə lideri bu vəziyyəti şərh etmək üçün belə bir ritorik sual verib: “Hanı demokratiya?”

Almaniya KİV-ləri Türkiyənin demokratik yolla seçilmiş prezidentinin Türkiyə cəmiyyəti tərəfindən görünməmiş dərəcədə dəstəklənməsi ilə əlaqədar özlərinin gözəgörünməz kukla ustalarının qıcıqlanmasını etiraf etməyə məcbur olublar. Yerli mətbuatda Prezident Ərdoğana dəstək nümayişləri haqqında bəzən isteriya dərəcəsinə çatan qıcıqlandırıcı materiallar baş alıb gedir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.