CƏMİYYƏT


Ərəb dilində “Dağlıq Qarabağ və beynəlxalq hüquq: münaqişənin kökləri və həlli variantları” adlı kitab nəşr edib

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ərəb dillində “Dağlıq Qarabağ və beynəlxalq hüquq: münaqişənin kökləri və həlli variantları” adlı kitab nəşr etdirib.

SAM-dan AZƏRTAC-a bildiriblər ki, kitabın müəllifi misirli alim və politoloq, “Dialoq” siyasi və media araşdırmalar mərkəzinin müdiri Taha Əhməddir. Müəllif ərəb oxucusuna Azərbaycanın Dağlıq Qarabağ regionunun siyasi tarixi barədə məlumat verməklə yanaşı, münaqişəni beynəlxalq hüquq prizmasından ətraflı şəkildə təhlil edir.

Kitabda “Qarabağ regionu qədim dövrdə”, “Qarabağ müxtəlif müsəlman və türk dövlətlərin tərkibində”, “Qarabağ xanlığı”, “ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi”, “erməni dövlətinin yaranması”, “Dağlıq Qarabağ Azərbaycan Demokratik Respublikasının tərkibində (1918-1920)”, “Dağlıq Qarabağ SSRİ dövründə”, “Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalı” kimi mövzular əksini tapıb.

Tarixi-siyasi ekskursundan sonra müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq nöqteyi-nəzərdən baxır, problemə dair beynəlxalq təşkilatların qərarlarını və qətnamələrini təhlil edir.

Qeyd edək ki, kitabda Dağlıq Qarabağ münaqişəsinə aid beynəlxalq qərarlar ilk dəfə ərəb dilində diqqətlə öyrənilir və müzakirə olunur.

Kitabın müəllifi vurğulayır ki, beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çoxdan bərpa olunmalı idi. Qeyd edilir ki, münaqişənin həlli məsələsində beynəlxalq strukturların passivliyi, ikili standartlar və Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün böyük təhdid mənbəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.