ELM VƏ TƏHSİL
Ərəb dilində yazıb-yaratmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqi zəruridir
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Fransanın Sorbonna Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd və məşhur misirli xəttat, Misir Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi Əşrəf Əhməd Ubeyd Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin ərəb dili və ədəbiyyatı sahəsində mütəxəssislərlə keçirilən görüşdə iki ölkə arasında dostluq əlaqələrinin tarixindən söz açılıb, ərəb dilində yazmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqinin zəruriliyi vurğulanıb.
Görüşdə Əhməd İbrahim Dərviş Məhəmməd ərəb dili və əlifbasının dünyadakı rolundan danışıb. Alim Azərbaycanda olduğu müddətdə institutda saxlanılan ərəbdilli əlyazmalardan istifadə etmək istədiyini bildirib.
Tədbir iştirakçıları Əşrəf Əhməd Ubeydin institutun sərgi salonunda nümayiş etdirilən xətt növləri ilə tanış olublar.