DÜNYA


Ərəb dövlətləri Qətər üçün tələblər siyahısı hazırlayırlar

Bakı, 8 iyun, AZƏRTAC

Aparıcı ərəb ölkələri Qətərin qonşuları ilə münasibətlərini normallaşdırmaq üçün yerinə yetirməli olacağı tələblərin siyahısını hazırlayırlar.

AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və onların müttəfiqləri Qətər hökumətinin Yaxın Şərqdə fəaliyyət göstərən ekstremist qrupların mümkün maliyyələşməsini dayandıracağına və “Müsəlman qardaşları” partiyası ilə əlaqələrini kəsəcəyinə əmin olmaq istəyirlər. “Müsəlman qardaşları” partiyasının bəzi üzvlərinin Qətərin paytaxtı Dohada gizləndiyi ehtimal olunur.

Tələblər siyahısının üzərində iş getdiyi və onun yaxın günlərdə yekunlaşacağı qeyd edilir.

Qətərin ABŞ-dakı səfiri Meşal bin Hamad Əl-Tani ölkəsinin hökumətinin diplomatik əlaqələrin ləğvi səbəbini indiyədək bilmədiyini deyib. Səudiyyə Ərəbistanı və BƏƏ məmurları isə öz növbəsində Qətəri Suriya və Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” ilə bağlı terrorçu qrupları maliyyələşdirməkdə, həmçinin “Müsəlman qardaşları” partiyasının üzvlərinə diplomatik sığınacaq verməkdə ittiham edir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikaları “terrora və ekstremist ideologiyasına dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələrini kəsmək, bank əməliyyatlarını dayandırmaq, həmçinin bu ölkə ilə dəniz və quru sərhədlərini bağlamaq barədə qərar qəbul ediblər. İyunun 6-da Mavritaniya da bu embarqoya qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.