DÜNYA


Ərəb koalisiyasının təyyarələri Yəməndə bazarı atəşə tutub

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus təyyarələrin Yəmənin qərbindəki Xodeyda liman şəhərində bazarı atəşə tutması nəticəsində 22 nəfərdən çox dinc sakin həlak olub, 60 nəfərdən çoxu isə yaralanıb. Bu barədə "Xadramaut.net" xəbər portalı tibbi mənbələrə istinadla məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ölənlərin sayının artması istisna olunmur. Belə ki, 50 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ərəb koalisiyasının komandanlığı hadisə ilə bağlı heç bir şərh verməyib.

Xatırladaq ki, Xodeyda limanı qiyamçı “Ansar Allah” hərəkatının nəzarətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.