DÜNYA


Ərəb ölkələrinin xarici işlər nazirləri Qətər barəsində  gələcək addımlarını müzakirə edəcəklər

Abu-Dabi, 5 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir birgə bəyanatla çıxış edərək, irəli sürdükləri tələblərə Qətərdən rəsmən cavab aldıqlarını təsdiq ediblər.

Səudiyyə Ərəbistanının SPA dövlət agentliyinin yaydığı məlumatda bildirilir ki, dörd ərəb ölkəsi Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın xahişi ilə uzadılan müddətin başa çatmasına lap az qalmış Qətərdən rəsmi cavab alıb.

Bildirilir ki, birgə cavab münasib vaxtda veriləcək.

Qeyd edək ki, ərəb ölkələrinin 13 tələbinin yerinə yetirilməsi üçün Qətərə ayrılan əlavə iki gün iyulun 4-də başa çatıb.

Dörd ərəb ölkəsinin xarici işlər nazirləri Dohaya qarşı irəli sürülən ultimatumunun müddəti başa çatdığı üçün bu gün Qətər barəsində gələcək addımlarını müzakirə edəcəklər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri onların daxili işlərinə müdaxilə etməkdə və terrorizmi dəstəkləməkdə ittiham edərək, iyunun 5-də Doha ilə diplomatik münasibətləri və bütün əlaqələri kəsiblər.

Qonşu ölkələrin ittihamlarını rədd edən Qətər bəyan edir ki, irəli sürülən tələblər real deyildir və yerinə yetirilə bilməz.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin xüsusi xidmət orqanlarının rəhbərləri iyulun 4-də, ultimatumun müddətinin başa çatmasına bir neçə saat qalmış Qahirədə müşavirə keçiriblər. Onların konkret olaraq hansı məsələləri müzakirə etmələri barədə məlumat hələlik yoxdur.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.