REGİONLAR


Ərəb turistlər Lənkəranın təbiətinə və mətbəxinə heyran olduqlarını bildiriblər

A+ A

Lənkəran, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Səudiyyə Ərəbistanından olan Əli Əlquesi və Nəriman Əlcarudi artıq on günə yaxındır ölkəmizdə dincəlirlər.

AZƏRTAC xəbər verir ki, ərəb turistlər Lənkəranın təbiətinə və milli mətbəxinə heyran olduqlarını bildiriblər. Ərəblər rayonun tarixi abidələrini ziyarət etməyi də planlaşdırıblar.

“Azərbaycanı çox bəyəndik, xüsusilə də Lənkəranı. Burada hər şeyin təbii olması bizi çox sevindirir”, - deyə Əli Əlquesi bildirib.

Xanım turistin isə diqqətini bölgənin mətbəxi cəlb edib. Nəriman Əlcarudi toyuq, balıq ləvəngisi və digər yerli yeməklərin bişirilmə qaydalarını öyrənmək istədiyini deyib: “İki gündür Lənkəranda dincəlirik. Sizin yeməklərinizin xüsusi bir dadı var. Mən çalışıram ki, bu yeməklərin hazırlanma qaydasını da öyrənim”.

Onlar növbəti turizm mövsümündə də Azərbaycana səyahət etməyi nəzərdə tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.