İQTİSADİYYAT


Ərəb və ingilis dillərində turistin bələdçi kitabı

Bakı, 14 iyul, AZƏRTAC

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırladığı ərəb və ingilis dillərində “Mən Azərbaycanı tanıyıram” turistin əl bələdçisi kitabının təqdimat mərasimini keçirib.

Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan Respublikasının ərazisi, əhalisi, iqlimi, turizm bölgələri, milli mətbəxi, tarixi abidələri və s. barədə qısa məlumatlar verilib. Kitabda, həmçinin işğal olunmuş torpaqlarımız, həmin ərazilərdəki milli və tarixi abidələrimiz, kurort bölgələrimiz haqqında məlumatlara da yer ayrılıb.

Bu günə qədər ölkəmizə gələn turistlər ingilis və rus dillərində müəyyən məlumatlara sahib olsalar da, ərəb dilində məlumatlar demək olar ki, yox idi. Məhz bu kitab sayəsində ölkəmizə gələn ərəb turistlər Azərbaycan haqqında ətraflı məlumata sahib olacaqlar. Kitabda səyahət turizmi ilə yanaşı, Azərbaycanda mövcud olan sağlamlıq turizmi, kurort bölgələri və sanatoriyalar haqqında da məlumatlar verilib.

Tədbirdə iştirak edən qonaqlar kitabdakı informasiyaların və turizm bölgələrimiz haqqında məlumatların verilməsini təqdirlə qarşılayıblar. Turizm şirkətlərinin nümayəndələri kitabdakı məlumatların qısa və konkret şəkildə verilməsinin əhəmiyyətli olduğunu bildiriblər.

Kitablar ölkəmizə gələn turistlərə, turizm fəaliyyəti ilə məşğul olan şirkətlərə paylanılıb. Elektron versiyaları isə Azərbaycandakı və əcnəbi ölkələrdəki turizm şirkətlərinin saytlarında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.