İDMAN
Ərəbdilli “Okaz” qəzeti Bakı İslamiadasının açılış mərasiminin möhtəşəmliyindən yazır
Ər-Riyad, 15 may, АZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının aparıcı kütləvi informasiya vasitələrindən olan “Okaz” qəzetində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Azərbaycan Prezidentinin iştirakı ilə “Bakı-2017” Oyunlarının açılış mərasimi keçirilib” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Azərbaycanın ev sahibiliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançının iştirak etdiyi bildirilir. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin və digər yüksək səviyyəli qonaqların iştirakı ilə keçirilən açılış mərasiminin möhtəşəm təşkil edildiyini yazır. Yazıda iki saatdan çox davam edən təntənəli açılış mərasiminin gedişatı barədə ətraflı məlumat verilir. Bu məqalə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları barədə ərəbdilli oxucularda əyani təsəvvür yaradır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad