İDMAN


Arena Polo üzrə Dünya Kubokunun üçüncüsü Argentinanın “İtaldizain Group” komandası olub

A+ A

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakıda keçirilən “CBC Sport” Arena Polo üzrə Dünya Kuboku yarışları sentyabrın 11-də davam edib.

AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında Argentinanın “İtaldizain Group” komandası İsveçrənin “Badrutt's Palace” kollektivinə 8:7 hesabı ilə qalib gələrək turnirdə üçüncü yeri tutub.

Dünya Kuboku yarışlarının finalında Azərbaycanın polo üzrə “Gilan Holdinq” komandası İspaniyanın “Bogner” kollektivi ilə qarşılaşacaq.

Xatırladaq ki, sentyabrın 9-dən 11-dək keçirilən Dünya Kuboku yarışlarında dörd beynəlxalq peşəkar komanda -“Gilan Holding” (Azərbaycan) “İtaldizain Group” (Argentina), “Badrutt Palace St. Moritz” (İsveçrə) və “Bogner” (İspaniya) mübarizə aparır. Oyunları İngiltərə, Almaniya, Argentina və İsveçrədən dəvət olunan beynəlxalq hakimlər idarə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.