Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Argentina Respublikası Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenezdən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli xanım Birinci vitse-prezident.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə Sizi Argentina Respublikası Milli Konqresinin Deputatlar Palatası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Demokratik yolla keçirilmiş referendumda Konstitusiyaya qəbul olunmuş dəyişikliyə əsasən Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi və Sizin bu vəzifəyə təyin olunmağınız xəbəri məndə dərin məmnunluq hissi yaratdı. Siz indiyədək xalqınıza xidmət sahəsində böyük işlər görmüsünüz və əminik ki, yeni yüksək dövləti vəzifədə daha çox iş görəcəksiniz.

Sizi səmimi qəlbdən təbrik edir və salamlayıram.

Dərin hörmətlə,

 

Patrisia Ximenez

Argentina Respublikası Milli Konqresinin
Deputatlar Palatasının vitse-spikeri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin