SİYASƏT


Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılıb

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

2015-ci ilin sonunda tərkibi yenilənmiş Argentina parlamentinin Senatında Azərbaycanla dostluq qrupu yaradılıb.

Azərbaycanın Argentinadakı səfirliyinin məlumatına görə, Senatının xarici əlaqələr və etiqad komissiyası səfirliyə məktub ünvanlayaraq dostluq qrupunun yaradılması barədə məlumat verib.

Dostluq qrupuna əsasən iqtidar “Dəyişək” və keçmiş iqtidar “Qələbə uğrunda Cəbhə” siyasi bloklarına mənsub 8 senator daxildir və onlar Argentinanın ən böyük əyalətlərini təmsil edirlər. Qrupun rəhbəri senator Valter Barrinuevodur.

Dostluq qrupunun tərkibi yaxın iki il üçün nəzərdə tutulub. Qrupa yaxın vaxtlarda digər senatorların da qoşulacağı gözlənilir.

Senatdan daxil olmuş məktubda dostluq qrupunun yaradılmasının parlamentlərarası əlaqələr üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir və bunun iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.