İDMAN
Argentina komandası məğlub oldu, Serxio Aquero zədələndi
Bakı, 9 oktyabr, AZƏRTAC
Argentinanın futbol üzrə yığma komandasının aparıcı hücumçusu Serxio Aquero 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin birinci turunda Cənubi Amerika futbol konfederasiyası zonasında Ekvador komandasına qarşı oyunda sol ayağından zədələnib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Argentinada keçirilən oyun ev sahiblərinin 0:2 hesablı gözlənilməz məğlubiyyəti ilə nəticələnib. Oyunda hər iki qol 3 dəqiqə ərzində vurulub. Ekvadorun heyətində müdafiəçi Eraso və hücumçu Kaysedonun dəqiq zərbələri nəticəsində qonaqlar vacib qələbə qazanıblar.
Oyunun 24-cü dəqiqəsində Karlos Tevesi əvəz edən Aqueronun zədəsinin ağırlıq dərəcəsi hələ ki, məlum deyil. Buna baxmayaraq, argentinalıların baş məşqçisi Cerardo Martino unun seçmə mərhələnin ikinci turunda Paraqvaya qarşı oynaya bilməyəcəyini deyib. Bu qarşılaşma oktyabrın 14-də keçirilməlidir.
Bu mövsümdə İngiltərənin “Mançester Siti” klubunda çıxış edən Serxio Aquero çempionatda keçirdiyi 8 oyunda 6 qola imza atıb. Həmçinin Çempionlar Liqasının 2 oyununda 1 qol vurub.