SİYASƏT


Argentina parlamentində Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edilib

A+ A

Bakı, 4 iyul, AZƏRTAC 

Argentina parlamentinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib.

Qətnamə əsasında yaradılan qrupa palatanın ikinci vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək. Ümumilikdə yeddi deputatdan ibarət qrupun beş üzvü Argentinada hazırda iqtidarda olan “Dəyişək” siyasi blokun nüfuzlu üzvləridir. Onlar Argentinanın böyük əyalətlərini təmsil edirlər. Qətnamədə dostluq qrupunun Deputatlar Palatasının beynəlxalq əlaqələr komissiyası, habelə Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə əməkdaşlıq edəcəyi qeyd olunur.

Qrupun üzvlərinin Azərbaycanla yaxından əməkdaşlıq edəcəkləri, bu istiqamətdə Deputatlar Palatasının beynəlxalq əlaqələr komissiyası və Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə fəaliyyət göstərəcəkləri də bildirilir. Yaxın vaxtlarda qrupa digər deputatların da qoşulacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.