QAN YADDAŞI


Argentina portalı: Qara Yanvar Azərbaycanın müstəqilliyinin qazanılması yolunda dönüş nöqtəsidir

Bakı, 20 yanvar, AZƏRTAC

Argentinanın “Equilibrium Global” analitik portalında “SSRİ-nin dağılması dövründə tarixin yazılması. Bakıda nə baş verib?” adlı məqalə verilib.

Məqalədə bildirilir ki, SSRİ-nin dağılması prosesində Azərbaycanda “Qara Yanvar” kimi tanınan faciə baş verib. 1990-cı ilin yanvar ayında silahlarla təchiz edilmiş 26 minlik sovet qoşunu Mixail Qorbaçovun göstərişi ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya hücum edib. Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik uğrunda hərəkatı başlayan ilk ölkə idi.

Qeyd edilir ki, 1990-cı ilin yanvar ayında mülki əhaliyə qarşı görünməmiş amansızlıqla qətliamın törədilməsi danılmazdır və nəticədə 100-dən artıq insan öldürülüb, 700-dən çox şəxs ağır yaralanıb. Azərbaycan cəmiyyəti multietnik xarakterə malikdir, bu səbəbdən ölənlər arasında rus, ukraynalı, yəhudi, ləzgi, tatar və s. millətlərdən olan mülki insanlar da olub.

Vurğulanır ki, sovet qoşunları məqsədlərinə çatmayaraq Bakını tərk etdilər və 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini elan etdi. Azərbaycan üçün həssas tarix olan Qara Yanvarda ölkənin müstəqilliyi uğrunda ən yüksək dəyəri ödəmiş qurbanların xatirəsi ehtiramla yad olunur. Faciəvi tarix kimi anılmasına baxmayaraq, Qara Yanvar Azərbaycanın SSRİ-dən müstəqilliyinin qazanılması yolunda bir dönüş nöqtəsidir. Bu, ölkəni müstəqil respublikaya çevirmiş və vətənpərvərlik hissini yüksəltmiş bir hadisədir. Bu, SSRİ-nin dağılmasını hüquqi cəhətdən bəyan edən Belovejsk sazişinin imzalanması ilə bitən bir filmin ayrılmaz tərkib hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.