DÜNYA
Argentina prokurorluğu ölkə Prezidenti barəsində irəli sürülən ittihamları əsassız sayıb
Bakı, 21 aprel, AZƏRTAC
Prokuror Xavyer de Luka Argentina Prezidenti Kristina Kirşner barəsində 1994-cü ildə Buenos-Ayresdə törədilən partlayışda İranın iştirakını ört-basdır etməyə cəhdlə bağlı irəli sürülən ittihamları əsassız sayıb.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, yanvar ayında bu işi aparan əvvəlki prokuror Alberto Nisman Prezident Kristina Kirşnerə ittiham irəli sürdükdən bir neçə gün sonra ölü olaraq tapılmışdı.
Prokuror Alberto Nismanın versiyasına əsasən, Argentina hökuməti partlayışı həyata keçirən iranlı şübhəlilərin təqib olunmasını dayandırmağa razılıq vermişdi.
Qeyd edək ki, 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mərkəzində partlayış baş vermişdi. Ölkə tarixinə ən iri terror hadisəsi kimi düşən partlayış nəticəsində 85 nəfər həyatını itirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]