İDMAN


Argentina və Uruqvay 2030-cu ildə dünya çempionatına ev sahibliyi etmək barədə razılığa gəlib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC 

Argentina və Uruqvay 2030-cu ildə keçiriləcək dünya çempionatına birgə ev sahibliyi etmək üçün ərizə verəcəklər.

AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, artıq həmin ölkələrin rəhbərləri bu barədə razılığa gəliblər.

Argentina Prezidenti Maurisio Makri Buenos-Ayresdə uruqvaylı həmkarı Tabare Vaskes ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında mundialın birlikdə təşkili ilə bağlı məsələnin müzakirə edildiyini bildirib. O, bu məsələ ilə bağlı birgə müraciət etmək barədə razılığın əldə olunduğunu deyib.

2030-cu ildə nüfuzlu futbol turnirinin yüz illiyi qeyd ediləcək. İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda keçirilib. Həmin vaxt ev sahibləri finalda Argentina millisinə 4:2 hesabı ilə qalib gələrək çempion olub. Argentina isə mundiala 1978-ci ildə ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.